Cümə axşamı, 09 May

Vaqif Mustafayevin daha bir kadrı "Space"dən çıxarıldı - FOTO

image

Space televiziyasının yeni rəhbəri Kamil Şahverdiyev kanalın sabiq rəhbəri Vaqif Mustafayevin yaxın kadrını işdən çıxarıb.

Aftafa.tv-nin məlumatına görə, Kamil Şahverdiyevin əmri ilə, adıçəkilən televiziyanın Proqram Departamentinin rəhbəri Tamara Məmmədova tutduğu vəzifədən azad olunub. 

Qeyd edək ki, Tamara Məmmədovanın adı "Space"-də baş verən qalmaqallı məhkəmə prosesində hallanırdı. Belə ki, Space” telekanalının əməkdaşı Vüqar Ağayev 100-dən çox insana pul ataraq, ölkədən qaçıb. Bu işlə bağlı mediada yer alan məlumatlara istinadən  V.Ağayevə zərərçəkmişlər pulları aparıcı, operator və reklam işinə düzəlmək üçün ödəyiblər. Hamısından da həmin pullar dövlət rüsumu adı altında alınıb.

Maraqlıdır ki, həmin insanlar 4-5 ay telekanala pulsuz gedib-gəlməli olublar. Sadəcə onlara deyilib ki, siz yeni işçi olduğunuzdan maaşları bir neçə ay gecikəcək. Ancaq sonda hamısı birlikdə ödəyəcəyik. Maraqlıdır ki, bu şəxslərein adı telekanalın işçiləri siyahısına da salınıb. Bu isə ondan xəbər verir ki, V.Ağayev dələduzluğu təkbaşına həyata keçirməyib. Şikayətçilərin ölkə mediasına verdiyi məlumata görə, ölkədən qaçan Vüqar Ağayev hazırda Spacedə kanalın proqram müdiri olan Tamara xanımla birlikdə iş birliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər.

http://aftafa.tv/M0/1/2021/03/images/20210311_122413_1615451053_04d57bac82.jpg

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32